Məzmuna keç
Vəkil Amid Əsgərov vəkil mantiyasında

«Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.»

Azərbaycan Respublikasının Konstitusiyası, maddə 61

Amid ƏsgərovBakıda vəkil

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Məhkəmə sistemində qazandığım yeddi illik təcrübə mənə hər işin xüsusiyyətlərini, prosessual tələbləri və sübutların qiymətləndirilməsi meyarlarını dərindən anlamağa imkan verir. Müvəkkillərimə yalan vədlər deyil, mülki, cinayət və kommersiya işlərində obyektiv hüquqi təhlil, dəqiq strategiya və qanun çərçivəsində ən yüksək səviyyədə təmsilçilik təklif edirəm.

Hüquqi təcrübə
15 il
2011-ci ildən
Məhkəmə təcrübəsi
7 il
hakim köməkçisi, 2011–2018
Konsultasiya
Azərbaycan, rus, ingilis dillərində

Təcrübə sahələri

Hüquqi probleminizin xüsusiyyətlərinə uyğun olaraq sizə necə kömək edə biləcəyimlə tanış olun. Əsas fəaliyyət istiqamətlərimə nəzər salın.

Bütün xidmətlər

Amid Əsgərov peşəkar konfransda

İşə hakimin gözü ilə baxıram

Hakim köməkçisi kimi işlərin materiallarını öyrənmiş və qərar layihələri yazmışam. Ona görə bilirəm ki, məhkəmə hansı sübutlara və arqumentlərə diqqət yetirir. İşinizi elə hazırlayıram ki, mövqeyiniz aydın və əsaslı olsun.

Dürüst qiymətləndirmə
İmkanları və riskləri işə başlamazdan əvvəl açıq deyirəm.
Yazılı razılaşma
Qonorar, işin həcmi və müddətlər müqavilədə göstərilir.
Məlumatlı olmaq
Hər mərhələdən sonra işin vəziyyəti barədə sizə xəbər verirəm.

İş necə gedir

İlk söhbətdən məhkəmədə təmsilçiliyə qədər dörd addım.

  1. İlk görüş

    Vəziyyətinizi dinləyir, sənədlərə baxır və mümkün yolları izah edirəm. Görüş ofisdə, telefonla və ya onlayn ola bilər.

    Əlinizdə olan bütün sənədləri gətirin.

    Nə alırsınızVəziyyətin ilkin qiymətləndirilməsi və mümkün yollar

  2. Təhlil və mövqe

    Sənədləri, qanunvericiliyi və məhkəmə təcrübəsini öyrənirəm. Mövqeyi və sübutları birlikdə müəyyən edirik.

    Nə alırsınızHüquqi mövqe və sübutların siyahısı

  3. Müqavilə

    İşin həcmi, qonorar və müddətlər yazılı müqavilədə göstərilir. Bundan sonra işə başlayıram.

    Nə alırsınızİmzalanmış müqavilə və iş planı

  4. Təmsilçilik

    Sənədləri hazırlayır, istintaqda və məhkəmədə sizi təmsil edirəm, hər mərhələ barədə məlumat verirəm.

    Nə alırsınızHər mərhələ üzrə hesabat və məhkəmə sənədləri

Tez-tez verilən suallar

Bütün suallar

İlk konsultasiya necə keçir?

Vəziyyətinizi dinləyirəm, sənədlərə baxıram və mümkün yolları, riskləri və təxmini müddətləri izah edirəm. Görüş ofisdə, telefonla və ya onlayn ola bilər.

Xidmətin qiyməti necə müəyyən edilir?

Qonorar işin mürəkkəbliyindən və həcmindən asılıdır. Məbləğ və ödəniş qaydası işə başlamazdan əvvəl yazılı müqavilədə göstərilir.

Nəticəyə zəmanət verirsinizmi?

Heç bir vəkil məhkəmənin qərarına zəmanət verə bilməz, vəkilin davranış qaydaları da bunu qadağan edir. Mənim öhdəliyim işi diqqətlə hazırlamaq, riskləri açıq demək və mövqeyinizi bütün mərhələlərdə müdafiə etməkdir.

Məlumatlarım məxfi qalacaqmı?

Bəli. Müraciətiniz və işinizlə bağlı bütün məlumatlar vəkil sirridir və qanunla qorunur.

Əcnəbiyəm. Mənə kömək edə bilərsinizmi?

Bəli. Rus və ingilis dillərində məsləhət verirəm; qeydiyyat, yaşamaq icazəsi, mənzil alışı, polis və məhkəmə ilə bağlı işlərdə kömək edirəm.

Vəziyyətinizi danışın, ilk addımı birlikdə müəyyən edək

Qısaca yazın və ya zəng edin. Cavab verib haradan başlamağı təklif edəcəyəm.

+994 50 777 19 99